Dünya futbolu

Messi PSJ-də onunla dalaşacaqmış: Neymar ilə Ramos olmasaydı…

PSJ-nin keçmiş hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi Paris klubundakı sabiq komanda yoldaşı Əşrəf Hakimi ilə dava etməyə yaxın olub.

Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

Mənbənin sözlərinə görə, ötən mövsümün gedişində Messi ilə Hakimi arasında münasibətlər pisləşib. Ən gərgin anlardan birində futbolçular dalaşmağa hazır olsalar da, Neymar vəziyyəti sakitləşdirməyə və Messini qorumağa çalışıb. Daha sonra Serxio Ramos münaqişəyə müdaxilə edib. Bundan sonra vəziyyət sabitləşib.

Messi Ramos və Neymar 2023-cü ilin yayında PSJ-dən ayrılıb. İspaniyalı “Sevilya”ya qayıdıb, braziliyalı isə “Əl-Hilal”ın futbolçusu olub. Messi isə “İnter Mayami”yə keçib.

Onlardan fərqli olaraq, Hakimi PSJ-də qalıb.