Yamalı təhqir edən jurnalist qovuldu
İspaniyanın ən böyük pullu televiziya yayımçısı “Movistar” PSJ-“Barselona” matçından əvvəl Lamin Yamal haqqında təhqiramiz ifadələr işlədən jurnalist German Burqosu işdən çıxarıb.
Komandaların isinmə hərəkəti zamanı Yamal topa zərbə endirərkən jurnalist bildirib ki, oyunçunun gedəcək yeri yoxdur və topla yaxşı işləmək lazımdır, əks halda dilənçilik edəcək.
Onun bu sözləri böyük narazılığa səbəb olub. Oyundan sonra hər iki komandanın futbolçular “Movistar”ı boykot etmişdilər.
Maraqlıdır ki, Burqos peşəkar oyunçu olub, Argentina millisində 35 oyun keçirib, həmçinin Dieqo Simeonenin məşqçi heyətində çalışıb.
Aut.az
