Viktoriya paylaşdı: Bekhemlə belə məşq edirlər – FOTO
İdman həmişə Bekhem ailəsinin həyatının ayrılmaz hissəsi olub. Məşq David və Viktoriyaya formada qalmağa kömək etməklə yanaşı, həm də bir-birinə yaxınlaşdırır.
Çox vaxt Bekhemlər birlikdə məşq edirlər.
Aut.az xəbər verir ki, Viktoriya sosial şəbəkələrdə idman zalından təzə kadrlar paylaşıb. Viktoriya qeyd edib ki, səhər erkən məşq dərslər onun üçün asan deyil.
Amma görünür, keçmiş futbolçu üçün səhər idmanı ilə yüklənmək heç nədir. O, qarın məşqlərini necə aktiv şəkildə yerinə yetirdiyini və əzələlərini necə pompaladığını nümayiş etdirib. Fotodan hiss olunur ki, Viktoriya bu zaman gözləri bağlı oturub və yorğunluğunu çıxarır.

Aut.az
