Çempionlar Liqası

ÇL-də rekord təkrarlandı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarında qapılara 18 qol vurulub.

Aut.az “OptaJoe”yə istinadən xəbər verir ki, -bu, sözügedən raundun ilk oyunları üzrə performans rekordunun təkrarıdır. Sonuncu dəfə 2010/11 mövsümündə də eyni sayda qol vurulub.

Qeyd edək ki, “Real” “Mançester Siti” ilə (3:3), “Arsenal” “Bayern” ilə (2:2) heç-heçə edib. “Atletiko” “Borussia Dortmund”u evdə (2:1), “Barselona” isə PSJ-i səfərdə (3:2) məğlub edib.

Cavab oyunları növbəti 16-17 aprel tarixlərində keçiriləcək.

Aut.az