Musa Qurbanlı oynadı?
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” İsveç çempionatında növbəti oyuna çıxıb.
Aut.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Hekken”lə qarşılaşıb. Altı qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib – 3:3. “Yurqorden” 0:3 hesabıyla geri düşsə də, son dəqiqələrdə vurduğu qollarla bir xal qazanıb.
Musa Qurbanlı bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb.
“Yurqorden” 2 turdan sonra 4 xalla 5-ci sıradadır.
