Çempionlar Liqası

ÇL-in final oyununa biletlərin qiyməti açıqlandı

Çempionlar Liqasının finalına biletlərin qiyməti açıqlanıb.

Aut.az xəbər verir ki, bu barədə məlumat Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytında dərc olunub. Ən ucuz biletin qiyməti 60 funt-sterlinqə (70 avro) olacaq. Bu bilet iki finalçı komandadan birinin azarkeşləri üçün olacaq.

Ümumi ictimaiyyətin üzvləri mövcud 86.000 yerdən 60.000-ni tuta biləcəklər. Finala çıxan komandaların azarkeşlərinə 25 min yer ayrılacaq. Ümumi ictimaiyyətin üzvləri minimum 160 funt-sterlinqə (təxminən 187 avro) bileti ala biləcəklər. Bu, 3-cü kateqoriyadır. 2-ci kateqoriya biletin qiyməti 430 funt sterlinq (təqribən 502 avro) olacaq. 1-ci kateqoriya biletin qiyməti 610 funt sterlinqdir (təxminən 712 avro).

Çempionlar Liqasının finalı 2024-cü il iyunun 1-də Londondakı (İngiltərə) “Uembli” stadionunda keçiriləcək.

Aut.az