Paris-2024: İdmançıların həyatı təhlükədə
“Surfrider Foundation” ətraf mühit qrupu 2024-cü il Yay Olimpiya Oyunları zamanı üzgüçülük və triatlon yarışlarının keçiriləcəyi Sena çayında suyun keyfiyyəti ilə bağlı narahatlığını ifadə edib.
Aut.az xəbər verir ki, 2023-cü ilin sentyabrından 2024-cü ilin martına qədər aparılan 14 ölçmədən 13 nümunə bakteriyalarla çirklənmə səviyyəsi icazə verilən həddən xeyli yüksək olub.
Xatırladaq ki, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Triatlon yarışları iyulun 30-31-də və avqustun 5-də, açıq suda üzgüçülük yarışları isə avqustun 8-də və 9-da keçiriləcək.
Aut.az
