Almaniyaİngiltərə

Bundan sonra yığmada çalışacaq?

Mövsümün sonunda “Liverpul”dan ayrılacağı dəqiqləşən Yurgen Klopp Almaniya millisinin baş məşqçisi ola bilər.

Aut.az xəbər verir ki, Almaniya Futbol İttifaqı mütəxəssisi yığmanın sükanı arxasında görmək istəyir. Qurum onun DÇ-2026-da komandaya rəhbərlik etməsini arzulayır.

Federasiya rəhbərliyi bu ilin yayına qədər müqaviləsi qüvvədə olan Yulian Naqelsmanla vidalaşmağı planlaşdırır.

Qeyd edək ki, Yurgen Klopp mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.