“Fənərbağça” tarixini belə ləkələdi – VİDEO
Bu gün Türkiyə Superkuboku uğrunda qarşılaşma keçirilib.
Aut.az xəbər verir ki, “Qalatasaray” “Fənərbağça” ilə qarşılaşıb. Amma “bülbüllər” meydana gənclərlə – 2006-2007 doğumlu futbolçularla çıxıblar.
“Qalatasaray” hesabı açdıqdan dərhal sonra isə “Fənərbağça”lı futbolçular meydanı tərk ediblər.
Böyük ehtimalla, “Fənər”ə texniki məğlubiyyət veriləcək və klub ağır cəzaya məruz qalacaq. “Fənər”in sabiq prezidenti Əziz Yıldırım isə qarşılaşmadan əvvəl bildirmişdi ki, rəhbərlik oyunu boykot etsə, bu, klubun tarixinə ləkə kimi düşəcək.
Aut.az
