Dünya futbolu

Messi Mayamidə ilk mənzilini rus rayonunda alıb

“Lokomotiv”, “Verona” və Rusiya milli komandasının keçmiş qapıçısı Ruslan Niqmatullin bildirib ki, Lionel Messi Mayamidə ilk mənzilini şəhərin Rusiya rayonunun tam mərkəzində alıb.

Aut.az xəbər verir ki, Niqmatullin bu barədə YouTube kanalının “Bu futboldur, qardaş!” verilişində deyib.

“Messi Mayamidə ilk mənzilini şəhərin rus rayonunun mərkəzində, “Porş Taur” binasında alıb. Əslində bura çox prestijli, yaxşı sahədir. Bəlkə də o, Latın Amerikası bölgəsində bir yer seçsəydi, məşqə gedib-gəlmək onun üçün çətin olardı. Nəticədə  indi “İnter Mayami”nin məşq etdiyi bazaya yaxındır”, – Niqmatullin deyib.

Xatırladaq ki, Messi 2023-cü ilin yayında “İnter Mayami”yə keçib.

Aut.az