“Zirə” məğlub oldu
Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Aut.az xəbər verir ki, müntəzəm mövsümdə bütün matçları qazanan “Zirə” bu dəfə məğlub olub. “Qartallar” “Aznur”la dueldən məyus ayrılıb – 0:2.
Son çempion “Birbaşa Bakı” “İnter”i, “Odlar Yurdu” isə “Abşeron”u məğlub edib. “Real Bakı” – “Galaxy Bakı” oyunu isə “sülh”lə başa çatıb.
1/4 finalın cavab oyunları aprelin 10-da keçiriləcək.
Minifutbol üzrə Azərbaycan çempionatı
1/4 final mərhələsi, ilk oyunlar
3 aprel
Zirə – Aznur 0:2
Birbaşa Bakı – İnter 4:1
Real Bakı – Galaxy Bakı 1:1
Odlar Yurdu – Abşeron 4:1
