Azərbaycan futbolu

Qara Qarayevlə “Qarabağ” azarkeşləri arasında insident – VİDEO

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçında (0:4) xoşagəlməz hadisə yaşanıb.

Aut.az xəbər verir ki, qonaq azarkeşlər “ağ-qaralar”ın yarımmüdafiəçisi, “köhlən atlar”ın sabiq üzvü Qara Qarayevin ünvanına heç də xoş olmayan, bəzən isə təhqir dolu ifadələr səsləndiriblər. Bu, 31 yaşlı futbolçunun xoşuna gəlməyib.

Millimizin üzvü dözməyərək azarkeşlərə cavab qaytarıb. Hətta bəzi məqamlarda onlarla söhbət etməyə çalışıb. “Neftçi”nin əməkdaşları, polislər onu sakitləşdirməyə çalışıblar.

Qeyd edək ki, Qara Qarayev 2023-cü ilin yayında yetirməsi olduğu “Qarabağ”la müqaviləyə qarşılıqlı şəkildə xitam verərək “Neftçi”yə keçib.