Dünya futbolu

Sular durulmur: Azarkeşlər Mbappeyə görə onu fitə basdılar – VİDEO

PSJ Liqa 1-in 27-ci turunun matçında səfərdə “Marsel”i 2:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, görüşün 64-cü dəqiqəsində parislilərin ulduzu Kilian Mbappe əvəzlənib. Tribunalar baş məşqçi Luis Enrikenin fransalı futbolçunun matçda sona qədər oynamasına növbəti dəfə imkan verməməsini fitə basıblar.

İspaniyalı mütəxəssis “Monako” və “Renn”lə görüşlərdə Mbappeni əvəzləyib. Bəzi hallarda forvard ehtiyadan meydana çıxıb.

Qeyd edək ki, Kilian mövsümün sonunda klubu mütləq tərk edərək “Real” keçəcəyi bildirilir.

Aut.az