İngiltərə

“Çelsi” ulduzlarını satacaq: Pul lazımdır

“Çelsi” ən azı iki aparıcı oyunçusunu satmağı planlaşdırır.

Aut.az xəbər verir ki, jurnalist Dunkan Kaslzın sözlərinə görə, müdafiəçi Ris Ceyms və yarımmüdafiəçi Konor Qallager yay transfer pəncərəsində London komandasını tərk edəcəklər. “Zadəganlar” onlar üçün ümumilikdə təxminən 100 milyon funt-sterlinq almağa ümid edirlər.

“Çelsi” İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmamaq üçün aparıcı üzvlərindən ayrılmaq məcburiyyətindədir. “Transfermarkt” Ceymsi 50 milyon avro, Qallageri isə 48 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, “Çelsi” Premyer Liqada 28 turdan sonra turnir cədvəlində 11-ci yerdədir.

Aut.az