Dünya futbolu

Roanldoya daha 8 qol+ötürmə lazımdır ki…

Martın 31-də “Əl-Nasr” evdə “Əl-Tai”ni 5:1 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, “Əl-Nəsr”in 39 yaşlı futbolçusu Ronaldo bu görüşdə het-trik edib. O, ilk dəfə 2024-cü ildə bir oyunda üç qol vurub və karyerasında 64-cü het-trikini (2023-cü ilin avqustundan bəri ilk) reallaşdırıb.

İndi Ronaldonun cari Səudiyyə Ərəbistanı çempionatının matçlarında 35 effektiv hərəkəti (26 qol + 9 məhsuldar ötürmə) var. Kriştiano bu göstəricidə liderdir.

Ronaldo Səudiyyə Ərəbistanı çempionatı tarixində bir mövsümdə qol+ ötürmə sistemində 35-ə çatan ikinci oyunçudur.

Portuqaliyalı ulduzdan əvvəl yalnız “Əl-İttihad”da çıxış edən Abderrazak Amdallah buna nail olub. Mərakeşlinin rekordu mövsümdə 43-dür – 34 qol və 9 məhsuldar ötürmə.

Rekordu yeniləmək üçün Ronald daha 8 qol+ ötürmə lazımdır. Mövsümün sonuna qədər “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında daha 9 oyun keçirməli olacaq.

Aut.az