Azərbaycan futbolu

Juninyo “Tuluza” xəbərini şərh etdi: Belə bir təklif varsa da…

“Qarabağ”ın futbolçusu Juninyo Olavio gələcək karyerası ilə bağlı danışıb.

Aut.az-a açıqlama verən braziliyalı forvard Fransanın “Tuluza” klubu ilə anlaşması barədə yayılan xəbərlərə belə münasibət bildirib:

“Məndə bu barədə məlumat yoxdur. Belə bir təklif və danışıq varsa da, məndə hazırda informasiya yoxdur. Bu məsələlərlə agentim məşğul olur. Gələcəkdə lazım olan məlumatları mənə verəcək”.

Aut.az