Gənc məşqçi intihar etdi: Tələbəsini zorlayıb?
15 yaşlı yetirməsini zorlamaqda ittiham edilən voleybol məşqçisi Ceyson Mater intihar edib.
Aut.az xəbər verir ki, hadisə şənbə günü axşam saatlarında baş verib. 22 yaşlı məşqçi Syosset şəhəri yaxınlığında özünühərəkətdə olan qatarın altına atıb.
Faciədən bir gün əvvəl, martın 21-də Mathr polis tərəfindən həbs edilib. Həbsindən qısa müddət sonra işlədiyi iki “Lonq Ayzland” klubu onunla əməkdaşlığa son qoyubşgəlib.
15 yaşlı tələbəsini iki dəfə zorlamaqda ittiham olunan məşqçi məhkəmə önünə çıxıb. O, ittihamlar üzrə özünü təqsirli bilməyib. Hakimlər Caysonun azad edilməsi üçün 75 min dollar girov təyin ediblər. Göstərilən məbləğ ödənilib və təqsirləndirilən şəxs həbsxanadan çıxıb.
Azadlığa çıxdıqdan bir gün sonra 22 yaşlı məşqçi intihar edib. Yerli polisin məlumatına görə, məşqçi intihar qeydi qoyub. Iakin onun məzmunu açıqlanmayıb.
Məşqçinin növbəti dinləməsi apreldə keçirilməli idi. Onu 4 ilə qədər həbs cəzası gözləyirdi.
Aut.az
