Digər

Qumarda bir gecədə ən çox udub-uduzduğu məbləği açıqladı

Qumar oynamağı sevən UFC rəhbəri Dana Uayt kazinoda qazandığı ən böyük uduş və itkilərin açıqlayıb.

Aut.az xəbər verir ki, Uayt bu barədə Lex Friedmanın podkastında deyib.

“Bir dəfə bir milyon dollar qazanmışdım. Hadisə Mandalay-Bey”də baş vermişdi. Yay ərzində  “Sszas”dan haradasa 22 milyon götürdüm. Bütün yay dövründə. İndi mən də çox yaxşı nəticə ilə gedirəm. Mən blackjack oynayıram”.

Uayt itkiləri barədə də danışmaqdan çəkinməyib:

“Bir gün dostlarımla içib əylənirdim. 80 min dollar itirdim. Səhər kazino mənə zəng vurdu və kirayə götürdüyümüz otağın pulu ödənildiyi üçün bu gün gəlib-gəlməyəcəyimizi soruşdu. Cavab verdim: “Mənə otaq lazım deyil, amma 80 minə görə qayıdacağam, arxayın olun”.

Telefonda sükut çökdü və sonra dedi: “Dana, nə danışırsan, 3 milyon itirdiniz!” Mən təəccüblənirəm, deyirəm: “Bu necə ola bilər? 1,5 milyonluq kredit xəttim var”.

Mənə cavab verirlər: “Bəli, amma sən bizi krediti artırmağa məcbur etdin, “lənətə gəlmiş qorxaq” dedin”. Beləliklə, bəli, bu real rəqəmdir”, – Uayt deyib.

Aut.az