Dünya futbolu

“Barsa”nın sabiq futbolçusu titulu Braziliya klubuna rəhbərlik edəcək

Argentinalı Qabriel Milito “Atletiko Mineyro”nun baş məşqçisi təyin olunub.

Aut.az xəbər verir ki, tərəflər 2025-ci ilin dekabrına qədər müqavilə imzalayıblar.

“Barselona”nın keçmiş oyunçusu bu postda komandanı bir ildən az müddətə çalışdırmış əfsanəvi Luiz Felipe Skolarini əvəz edib.

43 yaşlı Milito məşqçilik karyerasına hələ 2015-ci ildə başlayıb. O, “Estudiantes”, “İndependiente” və “Argentinos Juniors”la işləməyi bacarıb. 2018-ci ildə Çilinin O’Higgins klubuna rəhbərlik edib.

Futbolçu kimi “Barselona”dan başqa “İndependyente” və “Saraqosa”da da çıxış edib. “Barselona” ilə iki dəfə La Liqanın qalibi olub.

Qabriel Milito Argentina millisində 42 oyun keçirib, 1 qol vurub.

Aut.az