UFC-də ilk dəfə məğlub oldu, rəqibi dişlədi – VİDEO
Las-Veqasda qarışıq döyüş növləri üzrə UFC Vegas 89 turniri baş tutub.
Aut.az xəbər verir ki, gecəni braziliyalılar İqor Severino və Andre Lima açıblar. Severino həmyerlisini dişlədiyinə görə diskvalifikasiya edilib və mübarizə ikinci raundda başa çatıb.
Məğlub olmayan Lima karyerasında səkkizinci qələbəsini qazanıb. Severino qarışıq döyüş sənətlərində doqquz döyüşdə ilk dəfə məğlub olub. O, uyğun olmayan davranışa görə UFC-dən qovulma təhlükəsi ilə üzləşib.
