Azərbaycan futbolu

“Füzuli” və “Cəbrayıl”dan qələbə

Futbol üzrə Azəbaycan II Liqasında XVII tura yekun vurulub.

Aut.az xəbər verir ki, turun son oyun günündə 3 qarşılaşma baş tutub.

Çempionatın iddialı komandalarından olan “Qusar”, “Füzuli” və “Cəbrayıl” qələbə qazanıb.

“Qusar” – “Kürmük Qax” 7:1
Qollar: 
Firudin Ağalarov, 37, 60, Kazbek Qafarov, 38, Vüqar Əsrəfli, 54, Orxan Qurbanlı, 56, Firdocsi Kazımov, 88,  Aslan Hüseynov, 90 – Nail Təhməzli, 65

“Şəfa” – “Füzuli” 1:4
Qollar: 
Cavanşir Tahirov, 11 – Mehman Süleymanlı, 3, Fuad Cahangirli, 45 (avtoqol), Emin Quliyev, 80, Elvin Nəsibov, 84

“Kür-Araz” – “Cəbrayıl” 1:2
Qollar: 
Müseyib Vəlizadə, 59 – Ruslan Voronsov, 41, Baxşəli Baxşəliyev, 23
Qırmızı vərəqə: Fərman Bayramov, 45