Basketbol

“Real” pley-offa vəsiqəni təmin edən ilk klub oldu

Martın 15-də Avropanın ən nüfuzlu klub basketbol turnirinin müntəzəm mövsümünün 29-cu turu keçirilib.

Aut.az xəbər verir ki, turnirin hazırkı çempionu “Real” İtaliya “Virtus”unu darmadağın edib ( 89:74 ).

Bu qələbə sayəsində “Real” cari Avroliqa mövsümündə pley-offda iştirakını təmin edən ilk klub olub. 23 qələbə qazanan və cəmi 6 məğlubiyyət alan Madrid klubunun altıncı yerdən aşağı düşməyəcəyi dəqiqləşib.

“Real” bu turnirdə 11 dəfə qalib gəlməklə rekord müəyyənləşdirib.

Aut.az