Premyer Liqada bu klubun 4 xalı silinəcək
Premyer Liqada çıxış edən “Nottingem Forest” İngiltərə futbol çempionatında dörd xaldan məhrum olacaq.
Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Mənbənin məlumatına görə, Premyer Liqa maliyyə qaydalarını pozduğuna görə “Nottingem Forest”dən dörd xalı çıxacaq. Rəsmi açıqlamanın bu gün, martın 18-də olacağı bildirilir.
İngiltərə klubu da öz növbəsində artıq apellyasiya şikayəti verməyə hazırlaşır.
Qeyd edək ki, “Nottingem Forest” hazırda 25 xalla turnir cədvəlində 17-ci yerdədir. Xalların silinməsi komandanın 17-ci yerdən 18-ci yerə düşməsi, yəni düşmə zonasına yuvarlanması ilə nəticələnəcək.
İngiltərə Premyer Liqasında bu mövsümün əvvəlində “Everton”dan maliyyə qaydalarını pozduğuna görə 10 xal silinib. Lakin apellyasiya şikayətindən sonra mersisaydlılara dörd xal geri qaytarılıb.
Aut.az
