Azərbaycan futbolu

Rəşad Sadıqov: “Vacib qələbə qazandıq”

Azərbaycan Premyer Liqasının XXVII turunun “Zirə” – “Kəpəz” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Olduqca önəmli qələbə qazandıq. İlk hissə də pis alınmadı, təhlükəli hücumlarımız oldu. Bir dəfə də İsa Cibrillanın yaxşı epizodu var idi, ötürmə etdi. Qapıya zərbə vursaydı, qol ola bilərdi. İkinci hissədə sürəti artırdıq. Uşaqlar öndə keyfiyyətli oynadılar. Uşaqları qələbə münasibəti ilə təbrik edirəm.

– Sanki komandada daha çox qol vurmaq istəyi yaranıb…
– Futbolçular hücum xəttində daha inamlı idilər. Həyacanlı olacaqlarını gözləyirdim. Xal itkiləri təzyiq yaratmışdı, bunun öhdəsindən gəldilər. Vacib qələbə qazandıq. Növbəti oyunlara hazırlaşacağıq. Bugünkü oyunda qələbə qazansaq da, ağır matç oldu. Rəqib xüsusilə son dəqiqələrdə həyacanlı anlar yaşatdılar.

– Qarşıda millinin oyunlarına görə fasilə var. Bu, necə təsir edəcək?
– Oyun yaxşı gedəndə fasiləni istəmirsən. Amma başqa problemlərimiz var. Buna görə fasiləyə ehtiyacımız var. Zədəli oyunçularımız bərpa olunmaq üçün vaxt qazandı. Buna görə fasiləni istəyirəm.