Dünya futbolu

Ehtiyatda oturmaqdan bezib

PSJ-nin qapıçısı Keylor Navas Fransa nəhəngi ilə 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqaviləsini yeniləməyəcək.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin sözlərinə görə, qış transfer pəncərəsinin açılışı zamanı 37 yaşlı qolkiperə başqa klublardan təkliflər olsa da, PSJ ilə müqaviləsinin sonuna qədər gözləmək qərarına gəlib.

Navas 2019-cu ildə “Real”dan PSJ-yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 112 qarşılaşmada iştirak edib, bunun 51-də qapısını toxunulmaz saxlayıb.

2021-ci ilin yayında Canluici Donnarummanın gəlişindən sonra Navas Paris klubunun start heyətində yerini itirib. Bu mövsüm kosta-rikalı futbolçu bütün yarışlarda dörd oyunda iştirak edib və dörd qol buraxıb.

Aut.az