“İmişli”dən darmadağın
Futbol üzrə Azərbaycan I Liqasında XVIII tura start verilib.
Aut.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
“Şamaxı” öz meydanında lider “Qaradağ Lökbatan”la heç-heçə edib. “İmişli” isə autsayder “Araz Saatlı”ya qalib gəlib.
“Şamaxı” – “Qaradağ Lökbatan” 2:2
Qollar: Elşad Tağıyev, 64, Salman Ələsgərov, 82 – Xəyal Bəşirov, 38, Rayan Guibero, 72
“İmişli” – “Araz Saatlı” 4:1
Qollar: Həzrət İsayev, 1 Həmzə Əliyev, 45+2 (pen), Elnur Cəfərov, 74, İbrahim Əliyev, 77 – Ceyhun Rəcəbli, 56
