Azərbaycan futbolu

Turun oyunlarını neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqasının XXVI turunun oyunlarını izləmiş azarkeş sayı bəlli olub.

Aut.az xəbər verir ki, ən yüksək göstərici Tovuzda qeydə alınıb.

“Turan Tovuz” – “Araz-Naxçıvan” görüşünü 3500 tamaşaçı tribunadan izləyib. Həmin görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Ən aşağı göstərici Bayılda keçirilən “Səbail” – “Sumqayıt” matçında olub (0:1) – 450 tamaşaçı.

Premyer Liqada son turun oyunlarını izləyən azarkeş sayı:

“Səbail” – “Sumqayıt” 450 tamaşaçı
“Kəpəz” – “Neftçi” 600 tamaşaçı
“Sabah” – “Qəbələ” 1003 tamaşaçı
“Turan Tovuz” – “Araz-Naxçıvan” 3500 tamaşaçı
“Qarabağ” – “Zirə” 910 tamaşaçı.