Onun qələbəsinə heyran qalıb: Belə döyüşlər insanları əfsanələşdirir
UFC rəhbəri Deyn Uayt UFC 299 turnirinin qalibi olan Dastin Pore haqda danışıb.
Pore Benua Sen-Denini ikinci raundda nokaut edib.
Aut.az xəbər verir ki, Uayt Porenin qələbəsindən heyərtləndiyini bildirib.
“Hamı deyirdi ki, bu, Pore üçün pis döyüşdür. Amma sonda… Belə döyüşlər insanları əfsanələşdirir. Bunlar əfsanəvi döyüşlərdir.
Pore insanları yolundan çıxaran bir oğlana qarşı çıxdı. Və o, nəinki meydana çıxdı, həm də möhtəşəm qələbə qazandı. Eşitdim ki, UFC-ni qınayırlar, deyirlər ki, hansısa döyüşçünün məğlub olmasını arzulayırıq.
Xeyr, biz sadəcə daha maraqlı olacaq döyüşləri müəyyən edirik. Kimin qalib gəldiyini biz müəyyən etmirik. Buna görə də UFC-də əfsanələr doğulur və əfsanəvi döyüşlər hər həftə baş verir”, – Uayt mətbuat konfransında deyib.
Aut.az
