“Real”ın türkiyəli yarımmüdafiəçisi Arda Gülər La Liqanın 28-ci turunun matçında “Selta”ya (4:0) vurduğu qoldan danışıb.
Aut.az xəbər verir ki, məşhur jurnalist və insayder Fabritsio Romano “X” sosial şəbəkəsində Gülərdən sitat gətirib.
“Real”da olduğum üçün çox xoşbəxtəm. Bu, dünyanın ən yaxşı klubudur və bütün çətinliklərə baxmayaraq, bu çətin mərhələni keçəcək keyfiyyətlərə və xarakterə malik olduğuma inanıram. İndiyə qədər mövsüm mənim üçün o qədər də asan olmadı, amma ümid edirəm ki, bu qoldan sonra işlər daha yaxşı gedəcək”, – Arda deyib.
Xatırladaq ki, 19 yaşlı Gülər ötən yay “Fənərbağça”dan 20 milyon avroya “Real”a keçib. Türk futbolçu mövsümün ilk hissəsini diz və omba nahiyəsindən aldığı zədə səbəbindən buraxıb.
Aut.az