İtaliya

Kapello: Onunla müqaviləni uzatmamaq ağılsızlıq olar

Məşhur italiyalı mütəxəssis Fabio Kapello bu ilin yanvarın ortalarında “Roma”nın baş məşqçisi təyin edilmiş Daniel De Rossinin işini yüksək qiymətləndirib.

Aut.az xəbər verir ki, Kapello onunla bağlı “Roma” rəhbərliyinə tövsiyə də verib.

“Daniele De Rossi, azarkeşlərin Mourinyoya olan sevgisini nəzərə alsaq, maraqlı, lakin heç də asan olmayan fürsətdən [Roma”ya rəhbərlik etməkdən] yararlanmağa hazır idi. İndi onun oyuna və komandanın nəticələrinə təsirini nəzərə alaraq, klub dərhal müqaviləni uzatmalıdır. Rəhbərliyin çempionatın sonunda onunla müqaviləni yeniləməməsi ağılsızlıq olardı. Daniele buna layiqdir”, – AS Kapellonun sözlərini sitat gətirib.

Xatırladaq ki, De Rossinin təyinatından sonra “Roma” bütün turnirlərdə on oyun keçirib, səkkiz qələbə qazanıb, bir dəfə heç-heçə edib, bir dəfə isə uduzub.

Aut.az