Şahmat

Kasparov terrorçu elan edildi

Məşhur şahmatçı Harri Kasparov Rusiyada ekstremistlər və terrorçuların siyahısına daxil edilib.

Aut.az xəbər verir ki, bu barədə “Rosfinmonitorinq” nəşri məlumat yayıb.

2023-cü ilin dekabrında Moskva Daxili İşlər Nazirliyi Kasparovu və Azad Rusiya Forumunun həmtəsisçisi İvan Tyutrinin əməllərində cinayət əlamətləri aşkar edib. Belə ki, onlar Rusiya ordusuna qarşı hərbi əməliyyatlarda Ukrayna tərəfində iştirak edən Rusiya və Belarus vətəndaşları üçün vəsait toplamaq üçün hərrac keçiriblər. Onları 5 ilə qədər həbs cəzası gözləyir.