Türkiyə

Görün Balotelli paltardəyişmə otağında nə partlatdı – VİDEO

Türkiyənin “Adana Dəmirspor” klubunda çıxış edən italiyalı hücumçu Mario Balotelli “Fatih Karagümrüklə” oyundan sonra gündəmə gəlib.

Aut.az xəbər verir ki, Balotelli komandanın paltardəyişmə otağında fişəng partladıb.  Martın 4-də futbol üzrə Türkiyə çempionatının 28-ci turunun “Adana Dəmirspor” – “Fatih Karagümrük” görüşü baş tutub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Adana Dəmirspor”un heyətində yeganə qolu Mario Balotelli vurub.

Əvvəllər Balotellinin tərcümeyi-halında pirotexniki partlayışlarla bağlı hekayələr yer alıb. 2020-ci ildə “Mançester Siti”nin keçmiş müdafiəçisi Mayk Riçhards Marionun evində necə atəşfəşanlıq yaratdığı haqda danışmışdı. Onlar 2010-2013-cü illərdə Vətəndaşlar üçün birlikdə oynadılar. Balotellinin vanna otağında atəşfəşanlıq etməsi, bundan sonra “Mançester Yunayted”ə iki qol vurması (6:1), üzərində “Niyə həmişə mən?” yazısı olan köynək göstərməsi ilə bağlı məşhur hekayə də var.

Aut.az