Çempionlar Liqası

PSJ və “Bavariya” 1/4 finalda

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Bavariya” Münhendə “Latsio”nu 3:0 hesabıyla məğlub edib.

Digər matçda isə PSJ İspaniyada “Real Sosyedad”a qalib gəlib.

Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları

5 mart

00:00 Bavariya (Almaniya) – Latsio (İtaliya) 3:0
Qollar: 
H.Keyn, 39, 66, T.Müller, 45+2
İlk oyun – 0:1

00:00 Real Sosyedad (İspaniya) – PSJ (Fransa) 1:2
Qollar: Merino, 90 – K.Mbappe, 15, 56
İlk oyun – 0:2