Digər

Həbib boksda? – Belə reaksiya verdi

Məşhur MMA döyüşçüsü, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov boks qaydalarına uyğun, hətta sərgi döyüşü formatında döyüşməyi planlaşdırmadığını qəti şəkildə açıqlayıb.

Aut.az xəbər verir ki, Həbib Nurməhəmmədov bu barədə Nurlan Saburova müsahibəsində deyib.

“Boks qaydalarına uyğun sərgi döyüşü? Mənim işim deyil”, – Həbib deyib.

MMA karyerası ərzində Həbib 29 döyüş keçirib və hamısında qalib gəlib. UFC-də 13 qələbə qazanılıb. Nurməhəmmədov 2020-ci ildə karyerasını bitirib.

Aut.az