Azərbaycan futbolu

Azərbaycan çempionu 56 yaşında karyerasını bərpa etdi

“Kəpəz” klubunun sabiq futbolçusu Rövşən Əhmədov 56 yaşında karyerasını bərpa edib.

Aut.az xəbər verir ki, o, Region Liqasında “VT Gəncə” komandasının heyətində “Şəki” ilə görüşdə iştirak edib. Matç qollu bərabərliklə başa çatıb.

Əhmədov futbolçu karyerasında “Kəpəz”lə 3 dəfə Azərbaycan çempionu olub.