Azərbaycan futbolu

“Sabah”ın yeni baş məşqçisi məlum oldu

“Sabah”ın yeni baş məşqçisi məlum olub.

Aut.az xəbər verir ki, “futuristlər”in sükanı Krunoslav Renduliçə tapşırılacaq. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. 50 yaşlı mütəxəssisin təyinatı yaxın zamanda açıqlanacaq.

Renduliç son olaraq Bosniya və Herseqovinada “Jrinski”ni çalışdırıb. O, ötən ilin noyabrından işsizdir.

Xorvatiyalı mütəxəssis daha əvvəl ölkəsində “Qoriça”, “Sibenik”, “İstra”da, İranda “Fulad”da məşqçilik edib.