“Qarabağ” – “Bayer” oyununa bir gündə bu qədər bilet satıldı
UEFA Avropa Liqasının 1/8 mərhələsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununa bilet satışı davam edir.
Aut.az xəbər verir ki, 1 gün ərzində matça 27 min ədəd bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. VIP biletlərin qiyməti isə 300 manatdır.
