Azərbaycan futbolu

Rövnəq Abdullayev sağaldı – Bu gün Gəncədə olmalıdır

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Aut.az xəbər verir ki, Gəncədə baş tutacaq toplantının gündəliyinə AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyənləşdirilməsi və digər məsələlər daxildir.

İcraiyyə Komitəsinin üzvləri bu gün həm də “Kəpəz”in akademiyasının açılışında iştirak edəcəklər.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin iclasının yanvarın 11-də Gəncədə təşkili planlaşdırılsa da, federasiya prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşməsi ilə əlaqədar təxirə salınmışdı.

Aut.az