Güləş

Güləşçi müharibədə həlak oldu

Yunan-Roma güləşçisi Ruslan Danko Ukrayna-Rusiya müharibəsində həlak olub.

Aut.az xəbər verir ki, o, fevralın 23-də vəfat edib. Bu barədə Ukrayna Milli Olimpiya Komitəsi məlumat yayıb.

O, müharibənin ikinci günündən döyüşlərə qoşulub. Ruslan Ukrayna Silahlı Qüvvələrinin 102-ci briqadasının 74-cü ərazi müdafiə batalyonunun tərkibində yer alıb. O, kəşfiyyat tağımının komandiri idi.