MOİK-dən “qol yağışı”
Azərbaycan I Liqasında XVI tura start verilib.
Aut.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçirilib.
MOİK “İrəvan”ı darmadağın edib – 7:0. Günün digər matçında isə “Şamaxı” “Zaqatala” ilə heç-heçəyə razılaşıb.
Azərbaycan I Liqası
XVI tur
28 fevral
İrəvan – MOİK 0:7
Qollar: Elvin Valiev, 22, 90+3, Sabir Allahquliyev, 27 (pen.), 63, Elmir Rəhimzadə, 66, 77, 90+2
Şamaxı – Zaqatala 1:1
Qollar: Səbayıl Bağırov, 13 – Nicat Oruclu, 90+4
