Digər

Azərbaycan millisi Litvaya qalib gəldi

Qadın həndbolçulardan ibarət milli komanda 2024-cü il Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, V qrupda mübarizə aparan yığma üçüncü sınağında Litva seçməsini qəbul edib.

Bakı İdman Sarayında oynanılacaq qarşılaşma milli komandanın 35:33 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan IV tur çərçivəsində martın 3-də Litvanın qonağı olacaq.