Nə “Bavariya”, nə də “Real” – Alonso bu komandanı istəyir
“Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso gələcəkdə İngiltərə “Liverpul”una rəhbərlik etmək istəyir.
Aut.az xəbər verir ki bu barədə “Footmercato” məlumat yayıb.
İspan mütəxəssisi baş məşqçi postuna “Liverpul”, “Bavariya” və “Real Madrid” klubları nəzərdən keçirir. Bununla belə, Xabi Alonso “Bayer”ə yönəldib və hətta “Liverpul”la d müqavilə detallarını müzakirə etməyə hazır deyil.
Xatırladaq ki, Xabi Alonso 2022-ci ildə “Bayer Leverkuzen”ə rəhbərlik edir. Bu mövsüm Almaniya çempionatında keçirilən 23 turdan sonra ispan mütəxəssisin rəhbərliyi altında “Bayer” 61 xalla turnir cədvəlinə başçılıq edir. “Bavariya” ikinci yerdədir. Münhen klubunun aktivində 53 xal var.
Qeyd edək ki, Avropa Liqasının 1/8 finalında “Qarabağ”ın rəqibi “Bayer”dir.
Aut.az
