Dünya futbolu

İsrail bombaladı: Məşhur hakim və ailəsi həlak oldu

İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının mərkəzindəki Dir əl-Bəlahdakı evə endirdiyi zərbə nəticəsində Məhəmməd Xəttab həyat yoldaşı və dörd uşağı ilə birlikdə həlak olub.

Aut.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Mənbənin məlumatına görə, Məhəmməd Xəttab Asiya Futbol Konfederasiyası (AFC) və Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən akkreditə olunmuş futbol hakimi olub. O, 2020-ci ildə Asiya və Ərəb çempionatlarında hakimlik edib.

Xatırladaq ki, bundan əvvəl 12 Yaxın Şərq ölkəsi Qəzza zolağında keçirilən əməliyyatla əlaqədar İsrail milli futbol komandasının yarışlardan kənarlaşdırılmasını dəstəkləmişdi.

Aut.az