“Barsa” onu “əfsanə” statusundan məhrum etdi
“Barselona” zorlamaya görə 4,5 il müddətinə azadlıqdan məhrum edilən Dani Alveşi klub əfsanəsi statusundan məhrum edib.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub braziliyalının təqsirsizlik prezumpsiyasına sadiq qalaraq bu qərarında ehtiyatlı davranıb və yalnız hökm qanuni qüvvəyə mindikdən sonra futbolçu haqda bu qərarı verib.
Xatırladaq ki, bir müddət əvvəl Alveşin 4,5 il müddətinə azadlıqdan məhrum edildiyi məlum olub. Yanvar ayında braziliyalı Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qızı zorlamaqda ittiham olunub. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb.
Aut.az
