Digər

Braziliya qayıtdı: 15-ci dəfə dünya çempionu oldu

Fevralın 25-də Dubayda (BƏƏ) 2024-cü il Çimərlik Futbolu üzrə Dünya Çempionatı başa çatıb.

Aut.az xəbər verir ki, Braziliya yığması tarixdə 15-ci dəfə dünya çempionu olub. Onlar finalda İtaliyanı məğlub ediblər – 6:4.

Çimərlik Futbolu üzrə Dünya Çempionatı 1995-ci ildən keçirilir. 2005-ci ilə qədər turnir “Worldwide Beach Soccer”in himayəsi altında keçirilirdi. Braziliyalılar ilk altı yarışda (1995-2000) qalib gəliblər. 2001-ci ildə dördüncü oldular və 2002-2004-cü illərdə yenidən qızıl medal qazandılar.

2005-ci ildə Braziliya komandası yalnız üçüncü oldu, lakin 2006-2009-cu il turnirlərində yenidən qalib gəldi. 2011-ci ilin finalında onlar Rusiyaya uduzdular.

Braziliyalılar sonuncu dəfə 2017-ci ildə Baham adalarında Dünya Kubokunu qazanıblar və komanda 2019 və 2021-ci illərdə keçirilən turnirlərdə ilk 4-lüyə daxil olmayıb.

Qeyd edək ki, 3-cü yer uğrunda qarşılaşmada İran Belarus qalib gəlib.

Aut.az