Dünya futbolu

Ən pis və ən yaxşı transfer balansı: Kim dağıdıb, kim qazanıb?

Son beş mövsümdə ən pis və ən yaxşı transfer balansına malik klubların reytinqi açıqlanıb.

Aut.az xəbər verir ki, reytinqi “CIES Football Observatory” araşdırma təşkilatı dərc edib. Ən pis balnas “Çelsi”də olub. London nəhənginin balansı mənfi 782 milyon avrodur. Portuqaliya “Benfika”sının balansı isə müsbət 354 milyon avrodur ki, bu da ən yaxşı göstəricidir.

Maraqlıdır ki, ilk 5 antireytinqə yalnız İngiltərə Premyer Liqa klubları daxildir: “Mançester Yunayted” (mənfi 773 milyon avro), London Arsenal (mənfi 622 milyon avro), London Tottenhem (mənfi 608 milyon avro) və “Nyukasl Yunayted” (mənfi 574 milyon).

“Benfika” ilə yanaşı, son beş mövsümdə ən yaxşı transfer balansını Amsterdamın “Ayaks”ı (əlavə 349 milyon avro) və Fransanın “Lill” klubu (əlavə 282 milyon avro) göstərib.

Aut.az