Digər

Otelə daxil olan kimi Həbibin komandası onun ailəsini mühasirəyə alıb

Məşhur amerikalı qarışıq döyüş ustası Toni Ferqyuson yüngül çəkidə sabiq UFC çempionu Həbib Nurməhəmmədovla 2017-ci ildə Las-Veqasda (ABŞ) UFC 209 turnirindən əvvəl baş vermiş insidenti xatırladıb.

Aut.az xəbər verir ki, həmin turnirdə Həbib və Toni döyüşməli idi.

“Biz otelə daxil olanda Həbibin komandası ailəmi mühasirəyə aldı. Mən dedim: “Yaxşı, baxın, bu beş əclafı götürəcəm”. Ondan sonra bu uşaqlar bizi tərk etdilər və başqa otelə köçdük”, – deyə Ferqyuson JAXXON podkastında bildirib.

Əvvəllər UFC rəhbərliyi Toni Ferqyusonla Həbib Nurməhəmmədov arasında döyüş təşkil etməyə bir neçə dəfə cəhd edib. Lakin hər dəfə onların döyüşü müxtəlif səbəblərdən pozulub.

Xatırladaq ki, Həbib Nurməhəmmədovun qarışıq döyüş növləri üzrə peşəkar rekordu 29-0-dır. O, karyerasını 2020-ci ildə başa vurub.

Aut.az