Boks

Taysonların hansı döyərdi? – Sabiq çempionun versiyası

Keçmiş super orta çəkili dünya çempionu Karl Froç Tayson Fyuri ilə Mayk Taysonun ən yaxşı versiyası arasında virtual ağır çəkidə döyüşə dair proqnoz verib.

Aut.az xəbər verir ki, Froç üstünlüyü “dəmir Mayk”a verib.

“Tayson Fyuri qolun arxasında yaxşı gizlənir, yüngül və sürətli idi.

Düşünürəm ki, Fyuri Maykı bir müddət uzaqlaşdıra bilərdi, amma 20 yaşında dünya çempionu olmuş Mayk Taysonun zirvəsindən danışsaq, o, demək olar ki, hər kəsi məğlub edərdi. O, rinqə çıxdısa, deməli, təhlükədir

Düşünürəm ki, mənim üçün bu sualın cavabı Maykın Fyurini məğlub edəcəyidir”, – Karl Froç bildirib.

Aut.az