Dünya futbolu

Milli komandanın məşqçisinə ağır cəza verildi: Ömürlük həbs

Çin millisinin keçmiş baş məşqçisi Li Tie milli komandaya işə düzəlmək üçün danışıq və rüşvət almaqda ittiham olunaraq ömürlük həbs cəzası alıb.

Aut.az xəbər verir ki, o, millinin baş məşqçisi postuna təyin almaq üçün 3 milyon yuan rüşvət verdiyini etiraf edib. Tie, 2019-cu ildə Marçello Lippinin gedişindən sonra komandanın başına keçib.

Tie Çinin “Heybey” və “Vuhan Holl” klublarında işləyərkən oyunçulara, məşqçilərə və hakimlərə də rüşvət verib.

Korrupsiya araşdırması nəticəsində Çin Futbol Assosiasiyasının (CFA) keçmiş prezidenti Çen Syuyan və vitse-prezident Du Zhaocai də həbs cəzası alıb. Birinciyə 15, ikinciyə 13 il həbs cəzası verilib.

Qeyd edək ki, futbolçu kimi Tie 2002-2007-ci illərdə “Everton” və “Şeffild Yunayted”də çıxış edib.