Azərbaycan futbolu

Ağzınızı yumun və görün “Qarabağ” haradadır? – Lunyevin agenti

“Qarabağ”ın qapıçısı Andrey Lunyevin maraqlarını təmsil edən agenti Anton Smirnov Azərbaycan klubunun Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmasını şərh edib.

Xatırladaq ki, “Qarabağ” dünən Portuqaliyanın “Braqa”sına uduzsa da (2:3 (ümumi 6:5), turnirin növbəti mərhələsinə adlayıb.

Aut.az xəbər verir ki, Smirnov Lunyevi “Qarabağ”a keçdiyinə görə qınayanları sərt tənqid edib.

“Qarabağ” ümumilikdə 70 dəqiqə azlıqda oynadı. Yaxşıdır, Dözdülər və qol vurdular. Oyunun hesabı unuduldu, amma Avropa Liqasının 1/8 finalına yüksəlmək tarixdir!

Klubla fəxr edirəm, Andrey ilə fəxr edirəm. Düzgün seçim etdiyimiz bir daha təsdiqləndi. “Lunyev hara gedir, bu necə çempionatdır, necə komandadır” deyənlərin hamısına cavab vermək istərdim – ağzınızı yumun və tabloya baxın. Baxın, Lunyev “Qarabağ”la harda oynayır”, – “RB Sport” Smirnovdan sitat gətirib.

Aut.az